İrəvanda polkovnik işdən çıxarıldı – Oğlu müdafiə nazirinə orta barmağını göstərib

İrəvanda polkovnik işdən çıxarıldı – Oğlu müdafiə nazirinə orta barmağını göstərib

Hazırda oxunan: İrəvanda polkovnik işdən çıxarıldı – Oğlu müdafiə nazirinə orta barmağını göstərib
87885
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın müdafiə naziri Suren Papikyan bir neçə həftə əvvəl Dilicana gedərkən xoşagəlməz vəziyyətə düşüb. Yanacaqdoldurma məntəqəsinin əməkdaşı nazirə orta barmağını göstərib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni KİV-i yayıb.

Nazirin göstərişi ilə yanacaqdoldurma məntəqəsinə polis gəlib və oğlanı həbs edib. Daha sonra nazir həbs edilən şəxsin atasının Müdafiə Nazirliyinin polkovniki Qrayr Atoyan olduğunu öyrənib. Dərhal onun vəzifədən azad edilməsi barədə əmr verilib və yerinə polkovnik Vigen Simonyan təyin edilib.
Erməni mətbuatı şikayət edir ki, Papikyan Müdafiə Nazirliyi sisteminə daxil olandan sonra vaxtilə dərs keçdiyi abituriyentlərə zabit rütbələri verir. 

Onlardan biri polkovnik Armen Seyranyanın oğludur. Yeri gəlmişkən, Seyranyan 2021-ci ildə Paşinyanın istefası tələbinə imza atanlardan biridir, lakin oğlu bir vaxtlar Suren Papikyandan dərs aldığından bu imza ona bağışlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO