
- A-
- A
- A+
İdman
16:48 / 28.07.2022
1 dəq oxunma
Basketbol millimiz yarımfinalda - Avropa çempionatı
Hazırda oxunan: Basketbol millimiz yarımfinalda - Avropa çempionatı
85936
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, C divizionundakı B qrupunda yer alan millimiz sonuncu matçında Moldova ilə qarşılaşıb və 75:66 hesabı ilə qalib gəlib.
Qrupda keçirdiyi 4 oyunun hamısında qalib gələn yığmamız yarımfinala yüksəlib.
Milli komandanın yarımfinaldakı rəqibi A qrupunda keçiriləcək Albaniya - Andorra görüşünün qalibi olacaq. İyulun 30-da oynanılacaq yarımfinal görüşü Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.
Qeyd edək ki, yığma bundan əvvəl "Lüksemburq"a 75:71, Cəbəllütariqə 115:60, Ermənistana 76:65 hesabı ilə qalib gəlib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































