Teymur Rəcəbov Azərbaycan millisində Olimpiadada iştirakdan imtina edib

Teymur Rəcəbov Azərbaycan millisində Olimpiadada iştirakdan imtina edib

Hazırda oxunan: Teymur Rəcəbov Azərbaycan millisində Olimpiadada iştirakdan imtina edib
84717
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 44-cü Ümumdünya Şahmat Olimpiadasında millinin heyətində iştirakdan imtina edib.

Bizim.Media Apasport.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı onun komanda yoldaşı Vasif Durarbəyli verib.

O, Rəcəbovu bu addımına görə qınayıb:

“Komanda yoldaşı ilə problem olmaması üçün uzun müddətdir bu mövzuda fikir yazmaqdan yayınırdım. Birdən Teymur Rəcəbov fikrini dəyişər və millidə oynayar, amma bu, baş vermədi. Bunu nə ilə əsaslandırdığını tezliklə bilərik”.
Qeyd edək ki, Rəcəbovu Olimpiadada əvəzləyəcək şahmatçı da artıq bəlli olub. 35 yaşlı qrossmeysterin əvəzinə Hindistana kapitan kimi getməli olan Nicat Abasov Teymurun yerinə mübarizə aparacaq. Komandada onunla yanaşı, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov və Vasif Durarbəyli yer alacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO