Günay Rzayeva Naxçıvanın yeni Ombudsmanı seçildi

Günay Rzayeva Naxçıvanın yeni Ombudsmanı seçildi

Hazırda oxunan: Günay Rzayeva Naxçıvanın yeni Ombudsmanı seçildi
84016
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvan Muxtar Respublikasının yeni Ombudsmanı seçilib.

Bizim.Media xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi” barədə məsələ altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu gün keçirilən yeddinci sessiyasının gündəliyinə daxil edilib.

Sessiya zamanı baş tutan səsvermədə Günay Rzayeva Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.

“Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilmiş Günay Rzayeva Ali Məclisin sessiyasında and içib və minnətdarlıq edib.

Ali Məclisin Sədri Vasif Talıbov Günay Rzayevanı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilməsi münasibəti ilə təbrik edib və ona qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, bundan əvvəl G.Rzayeva Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO