
- A-
- A
- A+
İdman
22:03 / 27.06.2022
1 dəq oxunma
Teymur Rəcəbov İddiaçılar Turnirində ilk qələbəsini qazandı
Hazırda oxunan: Teymur Rəcəbov İddiaçılar Turnirində ilk qələbəsini qazandı
81223
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində ilk qələbəsini qazanıb.
Bizim.Media xəbər verir ki, bu, IX turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşmaya təsadüf edib.
Ağ fiqurlarla oynayan 35 yaşlı qrossmeyster 41-ci gedişdə rəqibi təslim olmağa məcbur edib. Bu qələbə ilə Rəcəbov həm də Nakamuradan ilk dövrədəki məğlubiyyətin əvəzini çıxıb.
Qeyd edək ki, Teymur Rəcəbov əvvəlki oyunlarında Alireza Firuzca (Fransa) ilə 2 dəfə, Yan Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Dinq Liren (Çin) və Rixard Rapport (Macarıstan) ilə 1 dəfə heç-heçə edib, Nakamura və Fabiano Karuanaya (hər ikisi ABŞ) isə uduzub. 9 turdan sonra onun aktivində 4 xal var.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































