
- A-
- A
- A+
Cəmiyyət
09:24 / 26.06.2022
1 dəq oxunma
4 yaşlı uşağı ilan sancdı
Hazırda oxunan: 4 yaşlı uşağı ilan sancdı
81020
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Salyanda azyaşlı uşağı ilan sancıb.
Bizim.Media-nın Cənub bürosunun məlmatına görə, hadisə rayonun Xıdırlı kəndində qeydə alınıb.
Belə ki, 4 yaşlı Səlimzadə Dəniz Əlövsət qızı həyətdə oynayarkən onun topuğundan ilan sancıb. Azyaşlı uşaq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanada ilan zəhəri əleyhinə zərdab vurulub və digər zəruri tədbirlər görülüb. Lakin vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































