Avropa çempionatı: Güləşçilərimiz daha 5 medal qazandılar

Avropa çempionatı: Güləşçilərimiz daha 5 medal qazandılar

Hazırda oxunan: Avropa çempionatı: Güləşçilərimiz daha 5 medal qazandılar
79896
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı sona yaxınlaşır.

Bizim.Media xəbər verir ki, qitə birinciliyinin başa çatmasına bir gün qalmış ölkəmizin hesabına daha 5 medal yazılıb.

Sərbəst güləşçilər 4 qızıl və 1 bürünc medal əldə ediblər.

Finalda Vasif Bağırov (48 kq) fransalı Rasul Qalburayevə (tuşe), Camal Abbasov (55 kq) ukraynalı İliya Şketikə (tuşe), İlyas İsayev (65 kq) gürcü Qoqa Otinaşviliyə (3:0), Yusif Dursunov (110 kq) türkiyəli Taha Yakup Temelə (6:0), bürünc medal uğrunda görüşdə isə Şəmistan Axundov (80 kq) ukraynalı Pavlo Vaskovskiyə (5:4) qalib gəlib.

Sabah sərbəst güləşçilər daha 5 medal qazana bilərlər.

Bu nəticələrdən sonra Azərbaycan 115 xalla komanda hesabında aşkar liderdir. Müqayisə üçün qeyd edək ki, 2-ci pillədə qərarlaşan Gürcüstanın cəmi 66 xalı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO