Radik İsayev Avropa çempionatında bürünc medal qazandı

Radik İsayev Avropa çempionatında bürünc medal qazandı

Hazırda oxunan: Radik İsayev Avropa çempionatında bürünc medal qazandı
75653
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mayın 22-də Böyük Britaniyanın Mançester şəhərində təşkil olunan taekvondo üzrə Avropa çempionatına yekun vurulub.

Bizim.Media xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycanın daha üç taekvondoçusu dayanq üzərinə çıxıb.

Kişilər arasında 74 kiloqram çəki dərəcəsində çıxış edən Eltac Qafarov 1/16 final mərhələsində Kunter Stroom Karlla (Estoniya) qarşılaşıb.

Rəqibini vaxtından əvvəl 22:2 hesabı ilə üstələyən idmançımız növbəti mərhələdə türkiyəli Muhammed Yıldıza 4:9 hesabı ilə uduzaraq qitə çempionatını medalsız başa vurub.

“Rio-2016” Yay Olimpiya Oyunlarının qalibi olan Radik İsayev (87 kq-dan yuxarı) dörddəbir finalda Cem Ünlüsoya (Almaniya) 9:1 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. Finalın bir addımlığında türkiyəli Emre Ateşliyə məğlub olan (7:8) taekvondoçumuz Avropa çempionatında bürünc medal qazanıb.

Qadın taekvondoçumuz Fatimə Məcidova (57 kq) 1/16 finalda italiyalı Giada Al Halvani ilə qarşılaşıb. Rəqibinə 0:22 hesabı ilə məğlub olan idmançımız çempionatı erkən tərk edib.

Bu gün, həmçinin Azərbaycanın bir parataekvondoçusu da qüvvəsini sınayıb. Sadiq Həmidovun (63 kq) ilk rəqibi özbəkistanlı Zuxriddin Toxirov olub. Özbək idmançı qadağan olunmuş baş zərbəsinə görə yarışdan uzaqlaşdırılıb və qələbə təmsilçimizə verilib.

Yarımfinala adlayan Sadiq italiyalı Antonino Bossoloya məğlub (6:19) olaraq yarışın bürünc medalına sahib olub.

Qeyd edək ki, Azərbaycan yarışda 13 taekvondoçu və 5 parataekvondoçu ilə təmsil olunub. Daha əvvəl parataekvondoçulardan İmaməddin Xəlilov (70 kq) gümüş, Sabir Zeynalov (58 kq) bürünc medal əldə ediblər. Digərləri qitə çempionatını medalsız başa vurublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO