
- A-
- A
- A+
Cəmiyyət
15:31 / 22.05.2022
1 dəq oxunma
Zaqatalada it 3 yaşlı uşağı dişlədi
Hazırda oxunan: Zaqatalada it 3 yaşlı uşağı dişlədi
75622
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Zaqatalada it 3 yaşlı uşağa ağır xəsarət yetirib.
Bizim.Media xəbər verir ki, bu gün səhər saat 09 radələrində rayonun Bəhmətli kənd sakini, 2019-cu il təvəllüdlü Adəm Cəlil oğlu Qurbanov sol göz nahiyəsinin və çənənin aşıq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı 3 yaşlı A.Qurbanova səhər saatlarında yaşadığı ünvanda ailəsinə məxsus itin qəfildən hücum edərək xəsarət yetirdiyi məlum olub.
A.Qurbanova lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb. Lakin uşağın müalicəsi üçün Bakı şəhərinə aparılaraq daha yüksək ixtisaslı həkimə müraciət etmələri məsləhət görülüb.(apa)
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































