Hökumət dizelin qiymətini artırmaqla nəyi hədəfləyir?

Hökumət dizelin qiymətini artırmaqla nəyi hədəfləyir?

Hazırda oxunan: Hökumət dizelin qiymətini artırmaqla nəyi hədəfləyir?
7472
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hökumətin dizel yanacağının bahalaşması üçün ekologiyaya qayğı arqumentindən istifadə etməsi avtomobil parkının yaş strukturu mövzusunu yenidən aktuallaşdırıb.

Bizim.Media xəbər verir ki, məsələni özünün “Facebook” səhifəsində şərh edən iqtisadçı-ekspert Rövşən Ağayev son 5 ildə avtomobil idxalı üçün gömrük vergi-rusumlarının dinamikasında ciddi dəyişikliklərin olduğunu qeyd edib:

“2014-cü illə müqayisədə 2019-cu ildə istismar müddəti 5 ilə qədər olan minik avtomobillərinin xüsusi çəkisi 17%-dən 4%-ə enib, 10 ildən çox istismarda olanların payı isə 62%-dən 77%-ə yüksəlib.

Şübhəsiz ki, devalvasiyadan sonrakı dövrdə ölkədə sosial durumun pisləşməsi, bankların düşdüyü vəziyyətdən dolayı avtomobil ktreditlərini məhdudlaşdırması ilə yanaşı büdcə maraqları üçün gömrüyün vergi yükünün həddən artıq artırılması da öz rolunu oynamayıb”. 

Ekspert əlavə edib ki, hökumət dizelin qiymətini artırmaqla bu yanacaq növünə stimulu azaltmağı hədəflədiyini deyir:

“Amma statistika göstərir ki, hətta qiymət artımı olmadan da bu proses gedir. 2013-2019-cu illərdə dizellə işləyən minik avtomobillərinin xüsusi çəkisi 10%-dən 8.7%-ə enib. 
Öz növbəsində, dizellə işləyən yük maşınlarının və avtobusların sayı son 6 ildə 10 min ədəddən çoxdur. Xüsusi çəki isə 66%-dən 53%-ə enib”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO