
- A-
- A
- A+
Sabirabadda narkotacir saxlanıldı - ƏMƏLİYYAT
Sabirabadda narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Sabirabad Rayon Regional Mühafizə Şöbəsinin və Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Ramil Alışov saxlanılıb.
Onun rayonun Qaratəpə kəndi ərazisində yerləşən evinə keçirilən baxış zamanı külli miqdarda narkotik vasitə heroin və elektron tərəzilər aşkar olunaraq maddi sübut kimi götürülüb.
Saxlanılan şəxs barəsində Sabirabad RPŞ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































