Böyük futbol Mingəçevirə qayıdır - FOTO 

Böyük futbol Mingəçevirə qayıdır - FOTO 

Hazırda oxunan: Böyük futbol Mingəçevirə qayıdır - FOTO 
73960
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

AFFA-nın qərarı ilə yeni sezondan etibarən "FK Mingəçevir" futbol klubu Futbol üzrə Azərbaycan Çempionatının birinci dvizionunda çıxış edəcək. Artıq bununla bağlı ilkin hazırlıqlara başlanılıb. Mingəçevir şəhər stadionu yenidən qurulacaq. 

Şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəflinin Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, Gənclər və İdman Nazirliyinə, AffA rəsmilərinə və digər aidiyyəti qurumlara davamlı müraciətləri bəhrəsini verdi: 

“İllər sonra böyük futbol yenidən Mingəçevirə döndü. Mingəçevir futbol ənənələri olan şəhərdir. Uşaq futbol məktəbi və peşəkar klubları Azərbaycanın və keçmiş ittifaqın müxtəlif liqalarında çıxış edib. İndi qarşıda duran əsas vəzifələrdən biri Yaşar Məmmədzadə adına 5200 yerlik şəhər mərkəzi stadionunun yenidən qurulmasını təmin etməkdir.

Təbii ki, AFFA-nın da yaxından iştirakı ilə şəhər İcra Hakimiyyəti,  bələdiyyə və digər qurumlar bu prosesdə yaxından iştirak edəcək. Artıq stadionda ilkin araşdırmalara start verilib".  
Qeyd edək ki, vaxtilə "Ulduz ", “Toxucu”, "Avtomobilçi", "Kür", "Kürnur" və "Energetik " komandalarında Yuri Romenski, Anatoliy Banişevski, Ramiz Məmmədov, Yaşar Vahabzadə, Qəhrəman Əliyev kimi tanınmış futbolçu və məşqçılər təmsil olunub.

Son 4 il ərzində isə şəhər Region Liqasında "Energetik " adı altında çıxış edib.  

"Energetik" komandasının rəhbəri Ruslan Həmidovun məlumatına görə, FK Mingəçevir əsasən "Energetik"in bazasında formalaşacaq. Eyni zamanda, digər klublarda çıxış edən peşəkar futbolçular və futbol akademiyalarının yetirmələri olan mingəçevirlilər komandaya dəvət olunacaq. 

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO