FIFA prezidenti Rövnəq Abdullayevdən bunu xahiş etdi - FOTO

FIFA prezidenti Rövnəq Abdullayevdən bunu xahiş etdi - FOTO

Hazırda oxunan: FIFA prezidenti Rövnəq Abdullayevdən bunu xahiş etdi - FOTO
73781
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qarabağ”ı 2021/2022-ci il mövsümündə Azərbaycan çempionu olması münasibətilə böyük məmnuniyyətlə təbrik edirəm”.

Bizim.Media xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino AFFA prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubda “Qarabağ”ın növbəti dəfə Azərbaycan Premyer Liqasının qalibi olması münasibətilə təbrikini çatdırarkən bildirib.

İsveçrəli funksioner məktubunda bunları vurğulayıb:

“Bütün komandanın gərgin əməyi, şövqü və fədakarlığı olmadan belə nəticə qazanmaq mümkün olmazdı və klubun hər bir üzvü böyük qürur hissi keçirə bilər. Zəhmət olmasa, mənim təbrikimi bu möhtəşəm zəfərin qazanılmasında pay sahibi olan hər kəsə çatdırın”. 

İnfantino eyni zamanda AFFA prezidentinə də təşəkkürünü bildirib:

“Sizə və rəhbərlik etdiyiniz assosiasiyaya Azərbaycanda və Avropada futbolun inkişafına və tərəqqisinə verdiyiniz töhfələrə görə bütün futbol ictimaiyyəti adından təşəkkür edirəm. Ən yaxın zamanda sizinlə görüşümüzü səbirsizliklə gözləyirəm”.

Bizim.Media

FIFA prezidenti Rövnəq Abdullayevdən bunu xahiş etdi - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO