
- A-
- A
- A+
Şuşa fatehinin xatirəsi yad edildi - FOTO
Vətən Müharibəsində mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalmış DİN Daxili Qoşunlarının hərbi qulluqçusu, baş çavuş Elvin Abbasovun doğum günü məzarı önündə qeyd olunub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.
Məzarı önünə gül-çiçək dəstələri qoyulub, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər ordumuzun şanlı qələbəsindən, şəhidimizin keçdiyi döyüş yolundan danışıblar, göstərdiyi şücaət və qəhrəmanlıqları diqqətə çatdırıblar. Şəhidlərimizin daima xalqımızın yaddaşında əbədi yaşayacağı vurğulanıb.
Qeyd edək ki, E.Abbasov ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































