Qarabağdakı erməni yaraqlıları sülhməramlıların gözü qarşısında səngər qazırlar - VİDEO

Qarabağdakı erməni yaraqlıları sülhməramlıların gözü qarşısında səngər qazırlar - VİDEO

Hazırda oxunan: Qarabağdakı erməni yaraqlıları sülhməramlıların gözü qarşısında səngər qazırlar - VİDEO
72569
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qış fasiləsindən sonra qeyri-qanuni erməni silahlı birləşmələri yenidən Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında mühəndislik işləri aparmağa başlayıb.

Bizim.Media caliber.az-a istinadən xəbər verir ki, bu haqda informasiyanı məlumatlı mənbə yayıb.

Bildirilir ki, mayın 3-də səhər saatlarında erməni silahlılarının Xocavənd rayonu istiqamətində səngər qazdıqları qeydə alınıb. 

Üstəlik, bu, birbaşa Rusiya sülhməramlılarının gözü qarşısında baş verir. Videodan da göründüyü kimi, sülhməramlılara məxsus BTR-82A yuxarıda qeyd olunan ərazidə yerləşsə də, ekipaj qeyri-qanuni qazıntı və tikinti işlərinə heç bir şəkildə müdaxilə etmir. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO