Dadodan Natavanla Xatirəyə: “Nə reytinq verirsən ki, qonorar istəyirsən“ - VİDEO  

Dadodan Natavanla Xatirəyə: “Nə reytinq verirsən ki, qonorar istəyirsən“ - VİDEO  

Hazırda oxunan: Dadodan Natavanla Xatirəyə: “Nə reytinq verirsən ki, qonorar istəyirsən“ - VİDEO  
72392
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Sən nə reytinq verirsən ki, hansı işlərin var ki, hələ bir qonorar da istəyirsən".

Bizim.Media xəbər verir ki, bu sözləri "Dado" ləqəbi ilə məşhurlaşan repçi Səid Əliyev "ŞouRum" maqazin verilişinə müsahibəsində deyib.

Dado efirlərə çıxmaq müqabilində müəyyən qonorar tələb edən sənətçilərə Elşad Xose, Xatirə İslam və Natavan Həbibiyə səslənib:

"Elşad Xose canlı əfsanəmizdir, özümünkidir, qardaşımdır. Onu heç kimin ayağına vermərəm. Elşad Azərbaycan repi üçün az işlər görməyib. Onun qonorar istəməsinə haqqı var".

Lakin o, keçmiş həyat yoldaşı Natavan Həbibi və Xatirə İslamın efirlərdən pul tələb etmələrinə sərt şəkildə etiraz edib: "İstəsin də, axı kimdir ona pul, qonorar verən?! Qonorarı o adam istəsin ki, mahnıları hitdir, radiolarda davamlı səslənir".
Qonorar mövzusunu "çək-çevir" edən Səid həmkarları kimi mahnılara yazdığı şeirlərdən yüksək miqdarda pul istədiyini açıqlayıb.

"Qonorarımı normal eləsinlər, kimə nə lazımdırsa, gözəl şeirlər yaza bilərəm. Alacağım qonorarın hansı məbləğdə olacağı barədə dəqiq bir fikir söyləyə bilmirəm. Bir mahnıya 1000-2000 manata söz yazaram. İndiyənə kimi yazdığım mahnılara şeirləri bəyənib, artıqlamasıyla da pulu veriblər. Şeirlərimi son zamanlar müğənni Niyam Salamiyə hədiyyə edirəm" – deyə repçi qeyd edib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO