Ağdam Sənaye Parkının ərazisi minalardan tam təmizləndi 

Ağdam Sənaye Parkının ərazisi minalardan tam təmizləndi 

Hazırda oxunan: Ağdam Sənaye Parkının ərazisi minalardan tam təmizləndi 
71846
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qarabağın dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər uğurla davam etdirilir. 

Bizim.Media xəbər verir ki, Sənaye Parkının məlumatına görə, 190 hektar sahəni əhatə edən Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib.

Yaxın vaxtlarda Sənaye Parkında rezidentlərin istifadəsi üçün infrastruktur sisteminin qurulması işlərinə başlanılacaq.
Qeyd edək ki, hazırda Ağdam Sənaye Parkında 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.

Bununla yanaşı, hazırda da Sənaye Parkının rezidenti olmaq üçün sahibkarlar tərəfindən İqtisadi Zonaların İnkişafı Agentliyinə layihələr təqdim olunur və həmin layihələr Agentlikdə təhlil edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO