Azərbaycanda mehmanxanaların gəlirləri kəskin artdı

Azərbaycanda mehmanxanaların gəlirləri kəskin artdı

Hazırda oxunan: Azərbaycanda mehmanxanaların gəlirləri kəskin artdı
71489
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2022-ci ilin I rübündə Azərbaycan mehmanxanalarının gəlirləri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 74,8% artaraq 59,7 milyon manat olub.

Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, rüblük gəlirin 54,4%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 30,8%-i ictimai iaşə xidmətlərindən, 3,9%-i müalicə və sağlamlıq xidmətlərindən, 10,9%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Bu ilin yanvar-mart aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 10,9% səviyyəsində olub (ötən ilin yanvar-mart aylarında 7,8%). 

Bu göstərici Şabranda 85,5%, Qubada 29,6%, Beyləqanda 28,0%, Qusarda 27,2%, Naftalanda 26,4%, Ağcabədidə 20,5%, Göyçayda 17,7%, Sabirabadda 17,7%, Qəbələdə 15,3%, Bakıda 14,0%, Lənkəranda 13,9%, Bərdədə 11,9%, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO