Mübariz Mənsimov Aprel şəhidi Pəncəlinin anasına zəng vurdu - Oğlunun adına gəmi verilməsi üçün icazə aldı - VİDEO

Mübariz Mənsimov Aprel şəhidi Pəncəlinin anasına zəng vurdu - Oğlunun adına gəmi verilməsi üçün icazə aldı - VİDEO

Hazırda oxunan: Mübariz Mənsimov Aprel şəhidi Pəncəlinin anasına zəng vurdu - Oğlunun adına gəmi verilməsi üçün icazə aldı - VİDEO
71040
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Palmali” Şirkət Qrupunda istimara veriləcək növbəti gəmiyə Xüsusi Təyinatlı Qüvvələrin əfsanəvi döyüşçüsü Qəhrəman Gizir Pəncəli Teymurovun adı veriləcək.

Bununla bağlı şirkətin rəhbəri Mübariz Mənsimov Pəncəlinin anasın icazə üçün zəng edib.

O, Şəhidimizin anası Vahimə Teymurovadan bu işə razılıq və xeyir-dua verməsini istəyib. Vahimə ana Mənsimovun təşəbbüsünü dəstəklədiyini və xeyir-duasını çatdırıb.

Şirkət rəhbəri gəminin aprelin 27-də istifadəyə veriləcəyini haqqında məlumatı çatdırıb.

Xatırladaq ki, bu il “Palmali” Şirkət Qrupunda şəhid general-mayor Polad Həşimov və şəhid Bəhram və İman qardaşlarının adını daşıyan gəmilər artıq dünya sularına açılıb.
Xatırladaq ki, Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşələrdə iştirak edib.

Döyüş dostları - Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənib. 03 aprel 2016-cı il tarixdə son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olub. 

Bizim.Media Mübariz Mənsimovun anası ilə danışığı əks etdirən həmin videonu sizlərə təqdim edir:
 


Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO