42 dəfə kimyaterapiya alan Tünzalə: “Qızıma vitamin çatışmazlığım olduğunu demişəm”

42 dəfə kimyaterapiya alan Tünzalə: “Qızıma vitamin çatışmazlığım olduğunu demişəm”

Hazırda oxunan: 42 dəfə kimyaterapiya alan Tünzalə: “Qızıma vitamin çatışmazlığım olduğunu demişəm”
70590
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Müalicələrim davam edir. Dünən yenə Milli Onkologiya Mərkəzində kimyaterapiya aldım. Ümidim Allahadır. Görək necə olacaq?”  

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində “Toppuş bacı” ləqəbi ilə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva söyləyib.  

Uzun müddətdir xərçəngdən əziyyət çəkən sənətçi xəstələyinin daxili orqanlarına yayıldığını açıqlayıb.   

“42 dəfə kimyaterapiya və 40 dəfə şüa almışam. Bu vəziyyətimə də min şükür. Göydə Allahımdan, yerdə də həkimlərimdən çox razıyam. Xəstəliyim ağciyər, qaraciyər və sümüyümə qədər yayılıb. Tibb nəyə qadirdirsə, onu da həkimlər mənə edirlər. Kimyaterapiyanın özü və xərçəngin dərmanları çox bahalıdır. Xəstəxana məndən bir qəpik də olsun pul almır, hər şeyi təmənnasız edirlər”.  

“Canı ilə əlləşən” Tünzalə xəstəliyini qızı Zəhradan gizlətdiyini bildirib.  

“Aldığım kimyaterapiya və şüalara görə saçlarım tökülüb. Qızıma öz xəstəliyim haqda bir kəlimə də olsun demirəm. Vəziyyətimi yansıltmıram. Soruşanda da, deyirəm ki, vitamin çatışmazlığım var. Ona görə də saçlarım tökülür”.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO