Fazil Mustafa Kəramət Böyükçölə İSMARIŞ YOLLADI: “Cavabı lazımi səviyyədə veriləcək”

Hazırda oxunan: Fazil Mustafa Kəramət Böyükçölə İSMARIŞ YOLLADI: “Cavabı lazımi səviyyədə veriləcək”

70340

Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın yerli mətbuata verdiyi açıqlamasında səsləndirdiyi fikirlər geniş müzakirə və mübahisəyə səbəb olub.

Belə ki, deputatın müsahibəsində səsləndirdiyi “ailəsinə sahib çıxa bilməyən alkaş bir yazıçını on minlərlə adam izləyir” fikirlərinə Kəramət Böyükçöl öz “facebook” hesabından yazdığı statusda cavab verib.

Yazıçı millət vəkilinin bu fikirlərinin şəxsinə ünvanlandığını düşünərək, Fazil Mustafanın ünvanına təhqiramiz ifadələr yazıb.

“Ümumiyyətlə, biz cəmiyyətin bütün problemləri ilə bağlı fikirlərimizi səsləndiririk. Diqqət yetirirsinizsə, mən tütünçəkmə, alkoqolizm, narkotik əleyhinə son günlər daha çox çıxışlar edirəm. Eyni zamanda kütləvi psixoz məsələlərinə də toxunuram. Təbii ki, bunu kimsə özünə götürə bilər, lakin mən kimisə konkretləşdirmirəm”, - deyə Fazil Mustafa Bizim.Media-ya açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, onun fikirlərini səsləndirməsinin əsas səbəbi cəmiyyətdəki neqativliklərin aradan qaldırılması ilə bağlıdır:

“Qaldı ki, təhqir edənlərə, bizdə hüquqi mexanizmlər işləmir. Ona görə də, özbaşınalığa, ədəbsizliyə çox yönəlirlər və hamını ucdantutma təhqir etməklə məşğul olurlar. Bu səbəbdən, bütövlükdə bununla bağlı cəmiyyətdə yayılan tendensiya təhlükəli bir tenensiyadır. Çünki məsələlər hüquq müstəvisində həll olunmayanda bu cür azğınlaşma sürətlə artmağa başlayır”.

Fazil Mustafa edilən addımların cavabının veriləcəyini də vurğulayıb:

“Əminəm ki, bu cavab hüquqi yollarla olacaq. Ümid edək ki, insanlar daha çox öz yalnışlarından əl çəkməyə üstünlük verərlər. Biz müxtəlif böhtan, təhdid və şantajların içindən gələn insanlarıq. Bunların da hamısı müxtəlif istiqamətlərə yönəlir. Kimlərsə siyasi fəaliyyəti, kimlərsə ictimai fəallığı qəbul etmir. Lakin bütün bunların cavabı lazımı səviyyədə veriləcək. İndiyə kimi olmayıb ki, kimsə bizimlə bağlı atdığı addımların əziyyətini çəkməsin”- deyə millət vəkili bildirib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO