Beynəlxalq donorlar Azərbaycana qarşı niyə biganədirlər? – Sahib Alıyevin ŞƏRHİ 

Beynəlxalq donorlar Azərbaycana qarşı niyə biganədirlər? – Sahib Alıyevin ŞƏRHİ 

Hazırda oxunan: Beynəlxalq donorlar Azərbaycana qarşı niyə biganədirlər? – Sahib Alıyevin ŞƏRHİ 
69569
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beynəlxalq donorların böyük əksəriyyəti beynəlxalq konyukturanı formalaşdıranların təsiri altındadır. Onlar isə  Azərbaycanının öz torpaqlarını azad etməsində elə də maraqlı deyildilər”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Sahib Alıyev Prezident İlham Əliyevin 2022-ci ilin birinci rübünə həsr olunan müşavirədə səsələndirdiyi fikirləri şərh edərkən deyib.

O, qeyd edib ki, Böyük güclər, ilk növbədə də Minsk qrupuna həmsədrlik edənlər Ermənistanı işğalçı kimi tanımaq istəmirdilər.

Bunun da iki səbəbi vardı. Onlara Azərbaycan kimi ancaq öz maraqlarından çıxış edən bir dövlətin regionda mövqelərini daha da gücləndirməsi əl vermirdi. Eyni zamanda regiondakı vəziyyəti sivilizasiyalararası qarşıdurma prizmasından qiymətləndirirdilər. Və açıq şəkildə geosiyasi alət kimi yanaşdıqları Ermənistanın yanında yer alırdılar.
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağda nə baş verir? Heç nə...” – Sahib Alıyev 


“Ona görə Qarabağda gedən quruculuq işlərində də maraqlı deyillər ki, bərpa işlərinə kömək etsələr  yurd- yuvasından qovulmuş bir milyon azərbaycanlının öz doğma torpaqlarına qayıtması tezləşəcək və Azərbaycanın bütün torpaqları üzərində suverenliyinin təmini qarşısıalınmaz prosesə çevriləcək”. 

Ukraynada baş verənlərə də münasibət bildirən millət vəkili vurğulayıb ki, amma qərbdəkilər Ukraynada quruculuq işlərinin bütün xərclərini qarşılayacaqlar və qarşılamalıdırlar. 
“Amma burada hər hansı humanist addımdan söhbət gedə bilməz. Sadəcə, bu onların borcudur. Çünki Ukraynanın bu günkü vəziyyətə düşməsində onlar Rusiyadan az məsuliyyət daşımırlar. İki slavyan xalqını üz-üzə qoyan da, elə bu müharibənin ssenarisini cızanlar da onlardılar”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO