Azərbaycanda sənaye istehsalı 3,9% artıb - STATİSTİKA

Azərbaycanda sənaye istehsalı 3,9% artıb - STATİSTİKA

Hazırda oxunan: Azərbaycanda sənaye istehsalı 3,9% artıb - STATİSTİKA
69419
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-mart aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 20,6 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 % çox sənaye məhsulu istehsal edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 1,1 %, qeyri neft-qaz sektorunda isə 18,1 % artıb.

Sənaye məhsulunun 73,7 %-i mədənçıxarma sektorunda, 21,6 %-i emal sektorunda, 4,2 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,4 % azalıb, əmtəəlik qaz hasilatı isə 16,4 % artıb.

Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 6,6 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,1 dəfə, tikinti materiallarının istehsalı 83,8 %, mebel istehsalı 70,0 %, kimya sənayesi məhsullarının istehsalı 69,1 %, əczaçılıq məhsullarının istehsalı 67,4 %, geyim istehsalı 50,2 %, metallurgiya sənayesi məhsullarının istehsalı 34,9 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 29,3 %, kağız və karton istehsalı 27,3 %, poliqrafiya məhsullarının istehsalı 25,2 %, maşın və avadanlıqların istehsalı 23,0 %, neft məhsullarının istehsalı 16,2 %, hazır metal məmulatlarının istehsalı 15,2 %, qida məhsullarının istehsalı 9,4 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,4 %, tütün məmulatlarının istehsalı 4,5 %,

kompüter, elektron və optik məhsulların istehsalı 4,1 % artıb, toxuculuq sənayesi məhsullarının istehsalı 10,1 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 14,8 %, içkilərin istehsalı 20,0 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 21,6 % azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,2 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 10,2 % artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO