2 saylı avtobus hər gün niyə GECİKİR? – SƏBƏB BUDUR

2 saylı avtobus hər gün niyə GECİKİR? – SƏBƏB BUDUR

Hazırda oxunan: 2 saylı avtobus hər gün niyə GECİKİR? – SƏBƏB BUDUR
64675
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son bir həftədir şəhərdaxili sərnişin avtobuslarının intervalında gecikmələr artıb. Xüsusilə, bu problemə əhalinin ictimai nəqliyyatdan ən sıx istifadə etdiyi pik saatlarda daha çox rast gəlinir.

Bu barədə Bizim.Media-ya bir neçə sərnişin şikayətlənib. Dediklərinə görə ən çox gecikmə 20 Yanvar metrosu istiqamətindən Arxiv idarəsi (Ayna Sultanova heykəlinin yanı – red.) yaxınlığına hərəkət edən 2 saylı "Baku Bus" avtobuslarında müşahidə edilir. Yaşlı, uşaqlı sərnişinlər saatlarla dayanacaqda avtobus gözləmli olurlar. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda ekoloji avtobusların istifadəyə verilməsi niyə ertələndi? – RƏSMİ Açıqlama


Sərnişinlərin sözlərinə görə, son günlər avtobus 15-20 dəqiqə intervalla çalışır. Bu gün isə marşurutun gecikməsində pik nöqtə yaşanıb. Səhər saatlarınsa sərnişinlər 2 saylı “BakuBus” marşurutunu S.Vurğun bağı yaxınlığındakı dayanacaqda 45 dəqiqə gözləməli olublar. 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev 2 saylı marşurutun gecikmə səbəbini şəhərdəki tıxıcla əlaqələndirib.

Onun sözlərinə görə həmin marşurutdakı gecikmə sırf yollardakı sıxlıqla bağlıdır.

Qeyd edək ki, 2 saylı “BakuBus” avtobusunun intervalı 5-6 dəqiqə aralığındadır.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO