Nazir:

Nazir: "Azərbaycan Avropaya qaz tədarükünü artıracaq"

Hazırda oxunan: Nazir: "Azərbaycan Avropaya qaz tədarükünü artıracaq"
64467
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cənub Qaz Dəhlizi istehlakçıları fasiləsiz və münasib qiymətə qazla təchiz etməklə uğurlu layihə olduğunu təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda energetika naziri Pərviz Şahbazov deyib.

Nazir bildirib ki, TAP istismara veriləndən indiyə qədər Avropaya 9,7 milyard kubmetr qaz ixrac edilib:

"Bu il qaz ixracımız Türkiyəyə 8,2 milyard kubmetrə, Avropaya isə 9,1 milyard kubmetrə qədər artacaq”.

P.Şahbazov onu da əlavə edib ki, dəhlizin unikallığı Cənub Qaz Dəhlizinin yeni istehlak istiqamətləri kimi, tədarük mənbələrinin də şaxələndirilməsini mümkün edir.

"Azərbaycanın nəhəng qaz ehtiyatları, mövcud infrastruktur və müxtəlif ölkələrin Azərbaycan qazına marağı dəhlizin genişləndirilməsini aktuallaşdırıb. Artıq bu istiqamətdə fəaliyyətə başlamağın zamanıdır", - deyə nazir bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO