Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə 12 silahlını zərərsizləşdirdi

Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə 12 silahlını zərərsizləşdirdi

Hazırda oxunan: Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə 12 silahlını zərərsizləşdirdi
641631
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Pakistanın təhlükəsizlik qüvvələri Əfqanıstandan ölkə ərazisinə daxil olmağa cəhd edən 12 silahlını zərərsizləşdirib.

Bizim.Media xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
 

Qurumun məlumatına görə, oktyabrın 10-da hərbçilər Xayber-Paxtunxva əyalətinin, Əfqanıstanla sərhədə yaxın Kurram rayonunda "Fitnə əl-Xəvaric" (əvvəllər "Təhrik-i-Taliban Pakistan" və ya "Pakistan Taliban Hərəkatı" kimi tanınır) silahlı qruplaşmasının üzvlərini aşkar ediblər.


Pakistanın təhlükəsizlik qüvvələri sərhədin qanunsuz keçilməsi cəhdinin qarşısını alıb. Hərbçilərin iddiasına görə, silahlı toqquşma nəticəsində 12 silahlının hamısı zərərsizləşdirilib.

Əməliyyat zamanı Pakistan ordusunun bir hərbçisi də həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO