Təhsil Tələbə Krediti Fondundan ali məktəblərə qəbul olmuş tələbələrə MÜRACİƏT

Təhsil Tələbə Krediti Fondundan ali məktəblərə qəbul olmuş tələbələrə MÜRACİƏT

Hazırda oxunan: Təhsil Tələbə Krediti Fondundan ali məktəblərə qəbul olmuş tələbələrə MÜRACİƏT
633307
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2026-2027-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə eləcə də orta ixtisas və peşə təhsili müəssisələrinə əyani və ödənişli əsaslarla qəbul olunanlar təhsil tələbə kreditindən yararlana bilərlər.

Bu barədə Bizim.Media-ya Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.

Bildirilib ki, 28 avqust tarixindən etibarən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlər ilk olaraq razılıq ərizəsi əldə etməli, daha sonra təhsil tələbə kreditindən yararlanmaq üçün e-ttkf.edu.az portalına müraciət edə bilərlər.

Razılıq ərizəsini notariat ofislərindən, "ASAN xidmət" mərkəzlərindən, "Mobil notariat" və ya "mygov" tətbiqindən əldə etmək mümkündür.

Qeyd olunub ki, təhsil tələbə kreditinə müraciət edən şəxslərə operativ dəstək göstərmək məqsədilə həftənin iş günləri saat 09:00-dan 18:00-dək Fondun ofisində yardım masası fəaliyyət göstərir (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34, AF Mall, 18-ci mərtəbə). Fondun Çağrı Mərkəzi, WhatsApp və birbaşa əlaqə nömrələri vasitəsilə müraciətlər operativ şəkildə cavablandırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO