Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Hazırda oxunan: Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI
624569
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son günlər Bakının müxtəlif ərazilərində ağcanadların sayının nəzərəçarpacaq dərəcədə artması sakinlərin narahatlığına səbəb olub. Xüsusilə parklar, həyətlər və yaşıllıq zolaqlarında müşahidə olunan bu həşəratlar həm gündəlik həyatda narahatlıq yaradır, həm də onların kütləvi şəkildə çoxalmasının səbəbləri ilə bağlı suallar doğurur. 

Bizim.Media xəbər verir ki, ekoloq Qorxmaz İbrahimlinin “azxeber.com”a verdiyi açıqlamasına görə, ağcaqanadların sayının artmasının əsas səbəblərindən biri şəhərdə müşahidə olunan antisanitar vəziyyətdir:

"Bakıda ağcaqanadların sayının artmasının əsas səbəblərindən biri şəhərdə bəzi ərazilərdə müşahidə olunan antisanitar vəziyyətdir. Gölməçələrin yaranması, açıq kanalizasiya xətlərinin mövcudluğu və kanalizasiya sistemlərində təmizləmə işlərinin mütəmadi aparılmaması ağcaqanadların çoxalması üçün əlverişli şərait yaradır”.

O qeyd edib ki, yağıntılardan sonra bir sıra zirzəmilərin su ilə dolması ağcaqanadların çoxalmasına səbəb olub:

"Yağıntılardan sonra bir sıra zirzəmilərin su ilə dolması və çirkab suların uzun müddət həmin ərazilərdə qalması da onların sürətlə çoxalmasına səbəb olur. Ağcaqanadlar üçün ən əlverişli çoxalma mühiti məhz çirkli sulardır. Şəhər ətrafındakı qamışlıq ərazilər də bu həşəratların sayının artmasına təsir göstərən amillər sırasındadır. Hava temperaturu yüksəldikcə yağıntıların yaratdığı nəmişlik quruyacaq ki, bu da ağcaqanadların sayının azalmasına səbəb olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO