"Batal Hacı" təriqətinin üzvü saxlanıldı: Qətldə və dələduzluqda ittiham olunur - VİDEO

"Batal Hacı" təriqətinin üzvü saxlanıldı: Qətldə və dələduzluqda ittiham olunur - VİDEO

Hazırda oxunan: "Batal Hacı" təriqətinin üzvü saxlanıldı: Qətldə və dələduzluqda ittiham olunur - VİDEO
623358
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İnquşetiyadan Moskvaya gətirilən və həbs edilən Maqomed Mutsolqovun işi ilə bağlı yeni detallar məlum olub. 

Bizim.Media xəbər verir ki, o, Rusiyada terror təşkilatı kimi tanınaraq fəaliyyəti qadağan edilən Batal-Hacı Belxoroyevin ardıcılları icmasının "döyüş qanadı"nın üzvü hesab olunur.

İstintaq Komitəsinin versiyasına görə, M.Mutsolqov öz qohumlarından ibarət "qardaşlıq dəstəsi" ilə birlikdə paytaxtın daşınmaz əmlak bazarında dələduzluq sxemlərində iştirak edib.

Qruplaşmanın fəaliyyəti bununla bitməyib; cinayət əməlləri əmlak sahiblərinin oğurlanması və qətlə yetirilməsi ilə nəticələnib.

Qeyd edək ki, istintaqdan yayınmağa çalışan Mutsolqov daha əvvəl üçüncü mərtəbədəki pəncərədən tullanıb, lakin aldığı xəsarətlərdən sağaldıqdan sonra xəstəxanadan qaçaraq yoxa çıxıb. 

Hazırda onun cinayət işi üzrə araşdırmalar davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO