İt dişləməsi nəticəsində burnunu itirən xəstəyə yeni burun formalaşdırıldı - Azərbaycanda unikal əməliyyat – FOTO/VİDEO

İt dişləməsi nəticəsində burnunu itirən xəstəyə yeni burun formalaşdırıldı - Azərbaycanda unikal əməliyyat – FOTO/VİDEO

Hazırda oxunan: İt dişləməsi nəticəsində burnunu itirən xəstəyə yeni burun formalaşdırıldı - Azərbaycanda unikal əməliyyat – FOTO/VİDEO
623300
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında mürəkkəb və yüksək peşəkarlıq tələb edən unikal rekonstruktiv burun əməliyyatı uğurla icra olunub.

Bizim.Media xəbər verir ki, əməliyyat ATU-nun Ağız, üz və çənə cərrahlığı kafedrasının müdiri, professor Çingiz Rəhimovun rəhbərliyi altında plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə rezident, tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov tərəfindən həyata keçirilib.
 

67 yaşlı pasiyent öz iti tərəfindən dişlənməsi nəticəsində burnunun böyük hissəsini itirib. Xəstə ilkin olaraq başqa tibb müəssisəsində əməliyyat olunub. Hadisədən 46 gün sonra geniş toxuma defekti ilə Tədris Cərrahiyyə Klinikasına müraciət edən pasiyent üzərində Dilqəm Məhərrəmov tərəfindən çoxmərhələli rekonstruktiv əməliyyat həyata keçirilib.


Əməliyyat zamanı rekonstruktiv cərrahiyyənin ən mürəkkəb texnikalarından sayılan paramedian forehead flap, autogen kompozit qreft və qabırğa qığırdağı kombinasiyasından istifadə olunub. Pasiyentin uzunmüddətli intensiv siqaret istifadəsi, yaşı və əvvəlki uğursuz cərrahi müdaxilə əməliyyatın riskini xeyli artırsa da, Dilqəm Məhərrəmovun icra etdiyi mürəkkəb rekonstruksiya uğurla başa çatdırılıb.

Aparılan rekonstruksiya nəticəsində təkcə burnun estetik görünüşü deyil, həm də pasiyentin xarici tənəffüs funksiyası tam bərpa olunub. Bu nəticə rekonstruktiv cərrahiyyədə həm funksional, həm də estetik baxımdan yüksək mürəkkəblik daşıyan uğurlu əməliyyat kimi qiymətləndirilir.



İt dişləməsi nəticəsində burnunu itirən xəstəyə yeni burun formalaşdırıldı - Azərbaycanda unikal əməliyyat – FOTO/VİDEO - foto 1
İt dişləməsi nəticəsində burnunu itirən xəstəyə yeni burun formalaşdırıldı - Azərbaycanda unikal əməliyyat – FOTO/VİDEO - foto 2
İt dişləməsi nəticəsində burnunu itirən xəstəyə yeni burun formalaşdırıldı - Azərbaycanda unikal əməliyyat – FOTO/VİDEO - foto 3
İt dişləməsi nəticəsində burnunu itirən xəstəyə yeni burun formalaşdırıldı - Azərbaycanda unikal əməliyyat – FOTO/VİDEO - foto 4


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO