Təhsilin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Təhsilin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Hazırda oxunan: Təhsilin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir
622259
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda təhsilin rəqəmsallaşdırılması nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Rəqəmsal İnkişaf Şurasının ilk iclasında deyib.
 

MÖVZU İLƏ BAĞLI: 

Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının İLK İCLASI KEÇİRİLDİ - FOTO


E. Əmrullayev ölkədə təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər və gələcək planlar barədə Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verib.

Nazir təhsil müəssisələrinin vahid internet şəbəkəsi ilə təminatı, "Rəqəmsal məktəb" layihəsi, təhsil pillələri üzrə məlumatların rəqəmsallaşması, təhsil sənədlərinin elektronlaşdırılması məsələlərinə toxunub, növbəti mərhələ olaraq tədrisin rəqəmsallaşdırılmasının nəzərdə tutulduğunu bildirib.

O, şagirdlərin rəqəmsal bacarıqlarının inkişafı üçün məktəblərdə həyata keçirilən "Rəqəmsal bacarıqlar", "STEAM Azərbaycan" layihələrini qeyd edib, bu istiqamətdə insan kapitalının inkişafının təmin edilməsinin də əsas prioritetlərdən biri olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO