Kömək üçün gedən qadın ölümdən son anda xilas oldu – DETALLAR

Kömək üçün gedən qadın ölümdən son anda xilas oldu – DETALLAR

Hazırda oxunan: Kömək üçün gedən qadın ölümdən son anda xilas oldu – DETALLAR
620711
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin İzmir vilayətinin Səlcuq rayonunda küçə heyvanlarının müdafiəsi ilə tanınan əczaçı Beray Yürek xəstə küçə iti ilə bağlı müraciət aldıqdan sonra hücuma məruz qalıb.

Bizim.Media “Haberler” nəşrinə istinadla xəbər verir ki, H.Z. adlı şəxs qadını xəstə iti göstərmək bəhanəsi ilə Yeni Şirincə yolu istiqamətinə çağırıb.

Hadisə yerinə çatan Beray Yürek burada fiziki zorakılığa məruz qalıb.

İddialara əsasən, şübhəli qadını amansızcasına döyüb, daha sonra isə kəmərlə boğmağa cəhd edib. Üz və boyun nahiyəsindən xəsarətlər alan Yürek müqavimət göstərərək hadisə yerindən qaçmağa nail olub.
 

İyunun 19-da baş verən hadisədən sonra Səlcuq Rayon Jandarma Komandanlığının əməkdaşları əməliyyat keçirərək H.Z.-ni saxlayıblar. Məhkəmənin qərarı ilə o, barəsində həbs qətimkan tədbiri seçilərək cəzaçəkmə müəssisəsinə göndərilib.


Beray Yürek bildirib ki, şübhəli əvvəllər də onunla əlaqə saxlayıb və həmin gün də xəstə bir iti göstərmək adı ilə onu əraziyə çağırıb. O, hücum zamanı uzun müddət mübarizə apardığını və telefonunun da yararsız hala düşdüyünü deyib.

Kömək üçün gedən qadın ölümdən son anda xilas oldu – DETALLAR - foto 1
Kömək üçün gedən qadın ölümdən son anda xilas oldu – DETALLAR - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO