Türkiyədə təyyarə radar dirəyinə çırpıldı -Bütün sərnişinlər təxliyə olundu - VİDEO

Türkiyədə təyyarə radar dirəyinə çırpıldı -Bütün sərnişinlər təxliyə olundu - VİDEO

Hazırda oxunan: Türkiyədə təyyarə radar dirəyinə çırpıldı -Bütün sərnişinlər təxliyə olundu - VİDEO
618799
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İstanbul-Antalya reysini yerinə yetirən “Turkish Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi yerüstü radarın dirəyinə çırpılıb.

Bizim.Media bu barədə Türkiyə KİV-nə istinadla xəbər verir.

Aviaşirkətin yaydığı məlumatda deyilir: “İstanbuldan Antalyaya uçuş həyata keçirən təyyarəmiz Antalyaya endikdən sonra qeytə (giriş qapısına) doğru hərəkət edərkən sağ qanadı ilə radar antennasını zədələyib”.
 

Hava yollarının verdiyi xəbərə görə, sərnişinlər güclü zərbə hiss ediblər. Hadisə yerinə dərhal fövqəladə hallar xidməti cəlb olunub. Təyyarəyə ciddi ziyan dəyib. Göyərtədə olan 267 sərnişinin hamısı uğurla təxliyə edilib.


İlkin məlumatlara görə, sərnişinlərdən biri yüngül xəsarət alsa da, xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranmayıb.

Hazırda hadisənin başvermə şəraitini və təfərrüatlarını öyrənmək üçün araşdırmalar aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO