Tramp İranla bağlanacaq saziş HAQDA: “Sonunda hər şey yaxşı bitəcək”

Tramp İranla bağlanacaq saziş HAQDA: “Sonunda hər şey yaxşı bitəcək”

Hazırda oxunan: Tramp İranla bağlanacaq saziş HAQDA: “Sonunda hər şey yaxşı bitəcək”
616516
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran İslam Respublikası Amerika Birləşmiş Ştatları ilə Vaşinqton və onun müttəfiqlərinin maraqlarına tam cavab verən yeni bir saziş imzalamaq niyyətindədir.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp iyunun 1-də məlumat yayıb.

Ağ Ev rəhbəri özünün "Truth Social" sosial şəbəkə hesabında yazıb:

"İran həqiqətən də saziş bağlamağa razıdır və bu, ABŞ, eləcə də bizimlə olan tərəfdaşlarımız üçün olduqca sərfəli olacaq. Sadəcə rahat olun, sonunda hər şey yaxşı bitəcək. Həmişə belə olur!"
 

D.Tramp həmçinin əlavə edib ki, müqavilənin imzalanması prosesinə demokratların və müxtəlif "vətənpərvər olmayan respublikaçıların" şərhləri ciddi şəkildə mane olur və bu, sülh prosesini ləngidir.


ABŞ Prezidenti daxili siyasi rəqiblərini kəskin tənqid edərək bu fikirləri qeyd edib:

"Bəzi əlaltılar əvvəllər görünməmiş səviyyədə mənfi şəkildə “civildəşərək” mənim daha sürətli, yaxud daha yavaş hərəkət etməli olduğumu iddia etdikdə, öz işini görmək və danışıqlar aparmaq qat-qat çətinləşir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO