Mahir Emreli baş məşqçiyə görə Almaniya klubundan ayrılır

Mahir Emreli baş məşqçiyə görə Almaniya klubundan ayrılır

Hazırda oxunan: Mahir Emreli baş məşqçiyə görə Almaniya klubundan ayrılır
612256
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Almaniyanın "Kayzerslautern" klubundan ayrılmağa yaxındır.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

İddiaya görə, baş məşqçi Torten Liberknext ilə münasibətləri daha da pisləşən hücumçu artıq 2-ci Bundesliqa klubunda qalmaq istəmir.
 

Onun bu yaxınlarda sosial şəbəkə hesabında etdiyi paylaşım tərəflər arasında gərginliyi bir az da artırıb. Belə ki, Emreli ötən tur “Arminiya” ilə matçdan (2:0) sonra instaqramda paylaşım edərək, “Həqiqət hər zaman üzə çıxır. Davam et” sözlərini yazıb.


Futbolçunun bu addımı birmənalı qarşılanmayıb. Bu səbəbdən forvardın mövsümün sonunda komandanı tərk etmək ehtimalı kifayət qədər yüksək qiymətləndirilir.

Qeyd edək ki, Mahir Emreli bu ilin yayında “Keyzerslautern”lə 3 illik müqavilə imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO