Zelenskidən Rusiyanın atəşkəs təklifinə REAKSİYA: "Qəribə və qeyri-adekvat..." - VİDEO

Zelenskidən Rusiyanın atəşkəs təklifinə REAKSİYA: "Qəribə və qeyri-adekvat..." - VİDEO

Hazırda oxunan: Zelenskidən Rusiyanın atəşkəs təklifinə REAKSİYA: "Qəribə və qeyri-adekvat..." - VİDEO
611844
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ukrayna çoxdan və dəfələrlə Rusiyaya atəşkəs təklif edib”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski öz videomüraciətində bildirib.

"Bu dəfə – mayın 6-dan atəşkəs elan etməyi təklif etdik. Ukrayna tam sükutu təmin etməyə hazır idi, lakin bizim bu sülh təklifimizə cavab olaraq yalnız yeni Rusiya zərbələri və Rusiyadan gələn yeni təhdidlər oldu", – deyə dövlət başçısı vurğulayıb.
 

O əlavə edib ki, rusiyalılar ildə bir dəfə bir saatlıq meydana təhlükəsiz çıxmaq üçün Ukraynadan öz paradlarını keçirməyə icazə verməsini istəyirlər, sonra isə yenidən öldürməyə, insanlarımızı qırmağa və müharibə etməyə davam etmək niyyətindədirlər.


"Artıq rusiyalılar 9 maydan sonrakı zərbələr haqqında danışırlar. Rusiya rəhbərliyinin qəribə və qeyri-adekvat məntiqi var. Bizə Rusiyaya yaxın olan bəzi dövlətlərdən nümayəndələrinin Moskvada olmaq niyyəti ilə bağlı müraciətlər də daxil olub. Bu günlərdə... qəribə istəkdir. Biz bunu tövsiyə etmirik", – deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, Rusiya 9 May - Qələbə Günü ilə əlaqədar olaraq 8 və 9 may 2026-cı il tarixlərində birtərəfli atəşkəs elan edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO