Dağıstanda radikallar kəndi ələ keçirib idarə edirmiş - HƏBS olunanlar var - VİDEO

Dağıstanda radikallar kəndi ələ keçirib idarə edirmiş - HƏBS olunanlar var - VİDEO

Hazırda oxunan: Dağıstanda radikallar kəndi ələ keçirib idarə edirmiş - HƏBS olunanlar var - VİDEO
610437
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dağıstanın Qubden kəndində ekstremist birliyin 11 təşkilatçısı saxlanılıb.

Bizim.Media bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, onlar 10 il ərzində yerli sakinləri qorxu altında saxlayaraq, ərazidə faktiki olaraq öz hakimiyyətlərini qurublar.
 

Girişdə radikallar kəndə kimin girə biləcəyini və kimin girə bilməyəcəyini müəyyən etmək üçün yoxlama məntəqəsi qurublar. Gecələr yol tamamilə bağlanıb və 24 saat müşahidə üçün kameralar quraşdırılıb.


Anklav daxilində patrullar fəaliyyət göstərirmiş. Onlar həyat tərzləri dəyərlərinə uyğun olmayan həmkəndliləri axtarırmışlar. Daha sonra tutulub xüsusi müəssisəyə aparılırmış, orada döyülüb, təhqir və şantaj edilirmiş.

“Bu "kiçik dövləti" ləğv etmək üçün xüsusi təyinatlılar cəlb olunub. Artıq doqquz şübhəli həbs edilib, daha iki nəfərin isə yaxın vaxtlarda nəzarətə alınacağı gözlənilir”, - deyə məlumatda qeyd olunub.
 

 

 


Bizim.Media

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO