Ermənistanda Rusiyanı dəstəkləyən onlarla “YouTube” kanalı silinib

Ermənistanda Rusiyanı dəstəkləyən onlarla “YouTube” kanalı silinib

Hazırda oxunan: Ermənistanda Rusiyanı dəstəkləyən onlarla “YouTube” kanalı silinib
609654
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanda Rusiyanı müsbət fonda təqdim edən onlarla “YouTube” kanalı silinib.

Bizim.Media xəbər verir ki, bunu “Məlumatlı Vətəndaşlar İttifaqı” qeyri-hökumət təşkilatının rəhbəri Daniel İoannisyan bildirib.
 

Onun sözlərinə görə, belə kanalların siyahısı amerikalı senatorlara təqdim edilib. Bundan sonra senatorlar “Alphabet” şirkətinin rəhbərliyinə müraciət edərək tədbir görülməsini istəyiblər.


İoannisyan qeyd edib ki, silinən kanallar arasında təkcə siyasi məzmun yayan resurslar olmayıb. Tarixi mövzulara həsr edilən kanallar, həmçinin Qərb fondlarını və müxalifəti tənqid edən səhifələr də bloklanıb.

QHT rəhbəri bildirib ki, söhbət Ermənistanda ictimai rəyə təsir edən və Rusiyaya simpatiya formalaşdıran informasiya resurslarından gedir.

Məsələ ölkədə söz azadlığı, xarici təsir və informasiya təhlükəsizliyi mövzularında müzakirələrə səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO