Vaşinqtondakı atışma zamanı zalda ən sakit qalan qonaq gündəm oldu - VİDEO

Vaşinqtondakı atışma zamanı zalda ən sakit qalan qonaq gündəm oldu - VİDEO

Hazırda oxunan: Vaşinqtondakı atışma zamanı zalda ən sakit qalan qonaq gündəm oldu - VİDEO
609418
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən qəbulda baş verən atışma zamanı çəkilən yeni görüntü sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, kadrlarda zalda olan qonaqlardan birinin hadisə zamanı son dərəcə sakit davrandığı görünür.

Məlumata görə, atışma səslərindən sonra qonaqların bir qismi zalı tərk etməyə çalışıb, bəziləri isə təhlükəsizlik məqsədilə masaların altında gizlənib. Lakin görüntülərdə bir kişinin sakit şəkildə yerində oturduğu və hətta yeməyinə davam etdiyi diqqət çəkib.

Sosial şəbəkə istifadəçiləri həmin qonağı zarafatla “ilin ən sakit insanı” adlandırıblar.

Qeyd edək ki, insident Vaşinqtondakı “Washington Hilton” otelində, Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verib. Hadisədən sonra Prezident Donald Tramp təhlükəsiz yerə aparılıb, şübhəli şəxs isə saxlanılıb.

Atışma ilə bağlı araşdırma davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO