
- A-
- A
- A+
Xiaomi Mi 11-in qiyməti haqqında məlumatlar sızdırıldı
Dekabrın 28 - də bazara çıxarılacaq Xiaomi yeni smartfonu Mi 11 - in qiyməti dünya bazarında 700 dollardan (1190 manatdan) satışa çıxarılacağı bildirilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı “Gsmarena” saytı tərəfindən məlumat yayılıb.
Qeyd edilib ki, yeni smartfon 8 - 128 və 8 - 256 GB - la təqdim olunacaq. Sayt smartfonun texniki xüsusiyyətlərini də açıqlayıb:
Xiaomi Mi 11-in iki variantda gəlməsi gözlənilir. Əlverişli flaqman seçimi və ən son texnologiyaya sahib Pro versiyası ilə təqdim olunacaq.
Xüsusiyyətlər baxımından Pro-da 120Hz yeniləmə sürəti, 50MP əsas kamera və 12MP telefoto modula malik bir QHD + ekranı daha keyfiyyətli fotonu və sürətli olmasını təmin edəcək.
Telefonun arxasında tamamilə yeni bir kamera dizaynı və sələfindən daha sürətli enerji yığma funksiyası olacaq.
Vüqar Ağamalıoğlu, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































