AYNA-dan taksilərlə bağlı iddialara CAVAB

AYNA-dan taksilərlə bağlı iddialara CAVAB

Hazırda oxunan: AYNA-dan taksilərlə bağlı iddialara CAVAB
606401
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) son günlər taksi sahəsi ilə bağlı mediada yayılan məlumatlara aydınlıq gətirib.

AYNA-dan Bizim.Media-ya verilən məlumata görə, Nazirlər Kabinetinin 7 aprel tarixində verdiyi 210 nömrəli sərəncam yalnız sifarişli qeyri-müntəzəm sərnişindaşımalar sahəsinə aiddir və taksi sahəsini əhatə etmir.

Qeyd edilib ki, sərəncama əsasən, 2 ay müddətində Nazirlər Kabinetinə veriləcək təkliflər məhz qeyri-müntəzəm sərnişindaşıma ilə bağlıdır və bununla əlaqədar texniki göstəricilər, daxili və xarici tərtibata dair tələblərin müəyyən edilməsini nəzərdə tutur.

AYNA-dan bildirilib ki, sifarişli sərnişindaşımaya misal olaraq turist və ya rayonlararası sifarişli daşıma həyata keçirən avtobusları, mikroavtobusları və minik avtomobilləri, korporativ servis xidmətlərini və özəl tədbirlər üçün kirayələnən nəqliyyat vasitələrini göstərmək olar.

Belə ki, bu yanaşma yükdaşıma fəaliyyətinə də şamil edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO