Erməni terrorunun məşhur ideoloqu Zori Balayan öldü

Erməni terrorunun məşhur ideoloqu Zori Balayan öldü

Hazırda oxunan: Erməni terrorunun məşhur ideoloqu Zori Balayan öldü
605191
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Erməni terrorunun məşhur ideoloqlarından biri Zori Balayan ölüb.

Bizim.Media news.am saytına istinadən xəbər verir ki, bu barədə məlumatı onun oğlu Hayk Balayan yayıb.

Xatırladaq ki, o, 80-ci illərin əvvəllərində yazdığı “Ocaq” əsərində tarixi təhrif edərək, Qarabağın guya erməni torpağı olduğunu iddia edib. Həmçinin, kitabda türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edib. 

Z.Balayan həm də Xocalı soyqırımının təşəbbüskarlarındandır.

1988-ci ildə Zori Balayan digər erməni ideoloqu Silva Kaputikyanla birgə Moskvada SSRİ prezidenti Mixail Qorbaçovla görüşərək, ondan “Qarabağ məsələsini” Ermənistanın xeyrinə həll etməyi istəmişdi.
 

Zori Balayan 1994-cü ildə Bakı metrosunda törədilmiş qanlı terrorun sifarişçisi kimi də tanınırdı. Bununla əlaqədar Zori Balayana Azərbaycanda cinayət işi açılmışdı.


2005-ci ilin may ayında Zori Balayan İnterpol tərəfindən İtaliyada beynəlxalq axtarışda olan şəxs kimi saxlanıldıqdan 4 saat sonra sərbəst buraxılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO