Kilosunu 30 manata alırıq: Xəstəlik yaradırmış

Kilosunu 30 manata alırıq: Xəstəlik yaradırmış

Hazırda oxunan: Kilosunu 30 manata alırıq: Xəstəlik yaradırmış
600826
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan mətbəxinin əvəzolunmazı sayılan kərə yağı ilə bağlı beynəlxalq miqyasda aparılan 33 illik araşdırma yerli süfrə mədəniyyətimizi yenidən gözdən keçirmək zərurəti yaradır. "JAMA Internal Medicine" jurnalında dərc olunan tədqiqat nəticələri göstərir ki, kərə yağına həddindən artıq üstünlük vermək sağlamlıq üçün düşündüyümüzdən daha riskli ola bilər.

Bizim.Media xəbər verir ki, tədqiqat müddətində kərə yağı istehlakı ilə bitki yağlarının istifadəsi müqayisə edilib və rəqəmlər kərə yağının əleyhinə dəyişib. Məlum olub ki, mütəmadi olaraq kərə yağı istifadə edənlərdə ölüm riski 15 faiz daha yüksəkdir.

Bunun əksinə, bitki yağlarını seçənlərdə ölüm riskinin 16 faiz daha aşağı olduğu qeydə alınıb.

Araşdırmanın ən diqqətçəkən tərəflərindən biri kərə yağı istehlakının artması ilə xərçəngə bağlı ölüm riski arasındakı əlaqədir. Bitki yağları, xüsusilə zeytun, soya və kanola yağları isə infarkt və insult kimi ürək-damar xəstəliklərindən qorunmaqda mühüm rol oynayır. Harvard ekspertləri bildirirlər ki, kərə yağında faydalı yağ turşuları demək olar ki, yoxdur, lakin az miqdarda da olsa ürək üçün təhlükəli sayılan trans yağlar mövcuddur.

Həkimlər kərə yağını tamamilə qadağan etməsələr də, ondan yalnız dad vermək üçün az miqdarda istifadəni tövsiyə edirlər.

Uzunmüddətli sağlamlıq və uzunömürlülük üçün gündəlik yeməklərdə bitki mənşəli yağlara keçid etmək ən düzgün addım hesab olunur.

Qeyd edək ki, Azərbaycanda kərə yağının kiloqramının qiyməti 20-35 manat arası dəyişir. (Demokrat.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO