Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin üçtərəfli iclası KEÇİRİLDİ

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin üçtərəfli iclası KEÇİRİLDİ

Hazırda oxunan: Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin üçtərəfli iclası KEÇİRİLDİ
598164
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fevralın 24-də Milli Məclisdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclası keçirilib.

Bizim.Media xəbər verir ki, tədbiri açan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın perspektivləri, regionda sülh və sabitliyin əhəmiyyəti, bərpaolunan enerji sahələrində görülən işlər, bu sahədə parlamentlərin rolu, parlamentlərarası əlaqələrin inkişafı, ölkələrimiz üçün ortaq maraq kəsb edən məsələlərdə qanunvericiliyin uyğunlaşdırılması, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərindən bəhs edib. 
 

O, eyni zamanda, COP31-in Türkiyədə keçirilməsinin əhəmiyyəti, Azərbaycanın beynəlxalq arenada artan nüfuzu, ABŞ-lə münasibətlərin inkişafı, Azərbaycan və Gürcüstanın müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığı, regionda yaşıl enerji, nəqliyyat və kommunikasiya sahələrinin gələcəyi və digər məsələlər barədə fikirlərini bölüşüb.


İclasda regionda və dünyadakı geosiyasi proseslər, Ukrayna-Rusiya və İsrail-Fələstin müharibələrinin diplomatik yollarla həlli müzakirə edilib.

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin növbəti - onbirinci üçtərəfli görüşünün Gürcüstanda keçirilməsi qərara alınıb.

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Tural Gəncəliyev, Nəsib Məhəməliyev, Qaya Məmmədov, Sevil Mikayılova, Elçin Mirzəbəyli, Asim Mollazadə, Elman Nəsirov, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO