Birinci Qarabağ müharibəsinin itkin şəhidi Cəlilabadda dəfn edildi – FOTO

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Cəlilabadda dəfn edildi – FOTO

Hazırda oxunan: Birinci Qarabağ müharibəsinin itkin şəhidi Cəlilabadda dəfn edildi – FOTO
597173
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birinci Qarabağ müharibəsi zamanı 1992-ci ildə Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə itkin düşmüş Mahir Quliyevin nəşinin qalıqları Cəlilabad rayonunda torpağa tapşırılıb.

Bizim.Media xəbər verir ki, vida və dəfn mərasimlərində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid yaylım atəşi altında dəfn olunub, Dövlət Himni səsləndirilib və Azərbaycan Bayrağı ailəsinə təqdim edilib.

Qeyd edək ki, Mahir Abuzər oğlu Quliyev 1958-ci il oktyabrın 31-də Cəlilabad şəhərində anadan olub.

O, 1992-ci il iyunun 15-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü.

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Cəlilabadda dəfn edildi – FOTO - foto 1


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO