Xamenei Trampa səsləndi: “İranı məhv edə bilməyəcəksiniz”

Xamenei Trampa səsləndi: “İranı məhv edə bilməyəcəksiniz”

Hazırda oxunan: Xamenei Trampa səsləndi: “İranı məhv edə bilməyəcəksiniz”
596783
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ABŞ Prezidenti Donald Trampa çağırış edib.

Bizim.Media xəbər verir ki, bu barədə İran mətbuatı yazıb.

Xamenei bugünkü çıxışında bildirib ki, Tramp davamlı şəkildə ABŞ ordusunun dünyada ən güclü olduğunu deyir.

“Amma dünyanın ən güclü ordusu da bəzən elə bir şillə yeyə bilər ki, yerindən qalxa bilməz. Hər dəfə İrana döyüş gəmisi göndərdiklərini deyirlər. Əlbəttə ki, bu döyüş gəmiləri çox təhlükəlidir. Lakin gəmilərdən daha təhlükəlisi onları dənizin dibinə göndərə bilən silahdır”, - Xamenei qeyd edib.

O, Trampın İran İslam Respublikasını məhv edə bilməyəcəyini vurğulayıb.

“ABŞ Prezidenti son çıxışlarından birində 47 ildir İslam Respublikasını məhv edə bilmədiyindən öz xalqına şikayət edir. Bu, yaxşı etirafdır. Mən də ona deyirəm: Sən də bu işi görə bilməyəcəksən!”, - Xamenei əlavə edib. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO