Şəhid ailələri və qazilər üçün kiçik təsərrüfatlar yaradılır

Şəhid ailələri və qazilər üçün kiçik təsərrüfatlar yaradılır

Hazırda oxunan: Şəhid ailələri və qazilər üçün kiçik təsərrüfatlar yaradılır
5955
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Göyçay və İsmayıllı rayonlarında da Vətən müharibəsi şəhidlərinin ailələri və bu müharibənin iştirakçıları üçün kiçik təsərrüfatlar yaradılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Bizim.Media-ya bildiriblər ki, İsmayıllı rayonunda şəhid Əşrəf Məmmədovun atası Elman Məmmədov, şəhid Fuad Nəcəfovun həyat yoldaşı Rəmziyə Nəcəfova, şəhid Taleh Qənbərovun atası Abil Qənbərov, Vətən müharibəsində yaralanmış Baloğlan Bəşirov, Kamil Salmanov və Elnur Qasımov növbədənkənar özünüməşğulluq proqramına cəlb olunaraq mal və materiallar formasında aktivlərlə təmin ediliblər.

Göyçay rayonunda isə şəhid Rüfət Mayılovun atası Bəhram Mayılov, şəhid Qüdrət Əzizovun atası Bəhruz Əzizov, şəhid Pərvin Məmmədovun həyat yoldaşı Urfanə Məmmədova, şəhid Ülvi Ağayevin atası Valeh Ağayev, şəhid Kənan Qafarovun atası Siyaqif Qafarov, Vətən müharibəsində yaralanan Rüstəm Məmmədovun anası Səxavət Məmmədova da aktivlərlə təmin olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO