Neftçalada qəza olub, ölən və xəsarət alanlar var

Neftçalada qəza olub, ölən və xəsarət alanlar var

Hazırda oxunan: Neftçalada qəza olub, ölən və xəsarət alanlar var
592476
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Neftçalada baş verən avtoqəzada bir ailənin dörd üzvündən biri ölüb, digərləri isə xəsarət alıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Aşağı Surra kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil digər minik avtomobili ilə toqquşub. Qəza nəticəsində rayon sakinləri - 1982-ci il təvəllüdlü Ələkbərov Sabir Cabbar oğlu, onun həyat yoldaşı - 1990-cı il təvəllüdlü Ələkbərova Nuranə Sübhan qızı, övladları - 2011-ci təvəllüdlü Ələkbərov Murad Sabir oğlu və 2009-cu təvəllüdlü Ələkbərov Samir Sabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

M.Ələkbərov xəstəxanaya aparılarkən yolda həyatını itirib. Digər üç nəfər isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO