Cəlilabad–Yardımlı avtomobil yolu qardan təmizləndi – FOTO

Cəlilabad–Yardımlı avtomobil yolu qardan təmizləndi – FOTO

Hazırda oxunan: Cəlilabad–Yardımlı avtomobil yolu qardan təmizləndi – FOTO
591917
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir neçə gündür cənub bölgəsinə yağan qar Cəlilabad–Yardımlı avtomobil yolunda nəqliyyatın hərəkətini çətinləşdirsə də, hazırda yol tam şəkildə qardan təmizlənib və nəqliyyat vasitələrinin hərəkəti üçün açıqdır.

Bizim.Media xəbər verir ki, aidiyyəti qurumların operativ fəaliyyəti nəticəsində yolun bütün hissələrində təmizləmə işləri aparılıb.

Hazırda sürücülər yolda heç bir məhdudiyyət olmadan rahat və təhlükəsiz şəkildə hərəkət edə bilirlər.
 

Qeyd edək ki, qar Cəlilabad rayonunun müəyyən ərazilərində elektrik təsərrüfatına da ziyan vurub. Kəndlərarası və kənddaxili elektrik xətlərinin bəzi hissələri sıradan çıxıb, nəticədə bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb.


Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, qarın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində ərazi üzrə bərpa işləri davam etdirilir.

Hazırda bölgədə qar yağışı müşahidə olunmur, hava şəraiti sabitdir.

Cəlilabad–Yardımlı avtomobil yolu qardan təmizləndi – FOTO - foto 1
Cəlilabad–Yardımlı avtomobil yolu qardan təmizləndi – FOTO - foto 2
Cəlilabad–Yardımlı avtomobil yolu qardan təmizləndi – FOTO - foto 3
Cəlilabad–Yardımlı avtomobil yolu qardan təmizləndi – FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO