
- A-
- A
- A+
Cəmiyyət
11:54 / 20.01.2026
1 dəq oxunma
Şeyxülislam və dini konfessiya rəhbərləri Şəhidlər xiyabanında – VİDEO
Hazırda oxunan: Şeyxülislam və dini konfessiya rəhbərləri Şəhidlər xiyabanında – VİDEO
591694
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsinin ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət ediblər.
Bizim.Media xəbər verir ki, ziyarət zamanı Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, onların xatirəsi dərin ehtiramla yad edilib.
Həmçinin şəhidlərin ruhuna dualar oxunub, 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqillik yolunda verdiyi ağır, lakin şərəfli qurbanların simvolu olduğu vurğulanıb.
Dini konfessiya rəhbərləri şəhidlərin xatirəsinin daim uca tutulacağını, onların göstərdiyi qəhrəmanlığın gələcək nəsillər üçün örnək olduğunu bildiriblər.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































